AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
09 oktyabr 2012 | 03:10   
Paylaşın:        

Oktyabrın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın  gündəliyinə  daxil ediliən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura  sahəsində  Regional  komissiyaya  dair  Saziş”in  təsdiq  edilməsi  haqqında qanun layihəsi ölkə başçısı  cənab İlham Əliyevin  imzası ilə Milli Məclisə  göndərilib.
  Sonra Milli Məclis Aparatının İqtisadi  qanunvericilik  şöbəsinin  müdir müavini Şahmərdan Kərimov müzakirəyə təqdim olunan qanun layihəsini ətraflı şərh etdi.  Bildirildi ki,  1995-ci ildə  BMT-nin Ərzaq  və Kənd  Təsərrüfatı  Təşkilatının (FAO) Konfransında  qəbul  edilmiş  bu sənəd  balıqçılıq  təsərrüfatlarının  və  akvakulturanın   ölkələrin inkişafında rolunu, daxili su hövzələrində balıqçılığın səmərəliliyini,  məşğulluğun  və ərzaq  təhlükəsizliyinin yaxşılaşdırılmasını  özündə  ehtiva  edir.  Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiyanın yaradılması qərara alındı. Regional komissiyanın məqsədi  regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın  davamlı inkişafına  kömək  etməkdir.
İclasda  iştirak  edən Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin  Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov  komissiyanın  funksiya  və öhdəlikləri barədə  məlumat verdi,   bu sənədin  ölkədə balıqçılığn inkişafına  verə  biləcəyi  səmərədən söhbət  açdı. Qeyd  olundu ki,  FAO-nun dəstəyi ilə  nazirlikdə hazırlanma  ərəfəsində olan “Balıqçılıq  haqqında” qanun  layihəsinə  edilən əlavə  və dəyişiklər   qəbul  edildikdən sonra balıqçılığın  inkişaf  strategiyası  tam təyin ediləcək.  Bununla  yanaşı  Azərbaycanın  bu  sənədə  xüsusi bəyanatla  qoşulduğu da   diqqətə  çatdırıldı.
Komitə  üzvləri Eldar Quliyev,  Novruzəli Aslanov, Tahir  Süleymanov, Mahir  Aslanov sənədlə bağlı  fikirlərini bildirdilər. 
İclasın  sonunda  sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
                             

  Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU