REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 oktyabr 2012 | 01:10   
Paylaşın:        

Oktyabrın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
Əvvəlcə “Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verildi. Təqdim olunan sənədə əsasən ölkə ərazisinin bəzi şəhər və rayonlarının ərazilərində sahə inzibati ərazi dairələri yaradılması nəzərdə tutulur. Bildirildi ki, dəyişikliyə görə Bakının Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz, Nizami rayonlarında, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan və Yevlax şəhərlərində sahə inzibati ərazi dairələri yaradılacaq.
Sonra gündəlikdəki ikinci məsələ “Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verildi. Bu dəyişikliyə uyğun olaraq Naxçıvanda 4 ərzi dairəsi yaradılması nəzərdə tutulur.
Çıxış edən deputatlar bu qanunun icra hakimiyyəti orqanlarının əhaliyə daha da yaxınlaşmasına kömək edəcəyini bildirdilər. Sənədi idarəetmənin mükəmməlləşdirilməsi isdiqamətində atılan addım kimi qiymətləndirdilər.
Sonda hər iki sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU