Baltik Assambleyasının komitə iclası keçirilib

Tədbirlər
26 mart 2021 | 18:15   
Paylaşın:        

Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.

Tədbirdə “Baltik dövlətlərinin təhsil və elm sahəsində strateji tərəfdaşlığı” (COVİD-19 pandemiyasının təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları), “COVİD-19 pandemiyası dövründə və ondan sonra məşğulluq və əmək bazarı: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi” mövzularında müzakirələr aparılıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev müzakirə olunan məsələlərlə bağlı çıxış edib, pandemiya ilə bağlı Azərbaycanda mövcud vəziyyət barədə tədbir iştirakçılarını  məlumatlandırıb. Deputat ötən ilin mart ayından Azərbaycanda Covid-19 pandemiyasının iqtisadi təsirlərinin aradan qaldırılması üçün  hökumətin həyata keçirdiyi işlər, iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar Azərbaycan parlamenti qanunvericilikdə müfaviq dəyişikliklər edib.

Sonra onlayn iclasda digər ölkələrin iştirakçıları da pandemiya dövründə ölkələrində görülmüş tədbirlər barədə məlumat veriblər, bu sahədə öz təcrübələrini bölüşüblər. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU