Milli Məclisin deputatı Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Tədbirlər
19 aprel 2021 | 16:40   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 20-də ölkənin paytaxtı Tirana şəhərinə səfər edəcək.

Milli Məclisin deputatı ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində aprelin 25-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü məntəqələrə baş çəkərək səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Səfər aprelin 27-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU