Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclasında

Tədbirlər
19 aprel 2021 | 18:28   
Paylaşın:        

Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.

İclasda “Enerji effektivliyinə, diversifikasiyaya və müstəqilliyə doğru; Avropa enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması” mövzusunda məruzənin təqdimatı keçirilib. Məruzə ilə bağlı çıxış edənlər enerji müstəqilliyi və təhlükəsizliyi məsələlərindən danışıblar, məsələ ilə bağlı fikirlərini bildiriblər.

Gündəliyin növbəti məsələsi – “Avropa Yaşıl Paktı və onun Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi və dayanıqlılığının artırılmasına təsirləri və imkanlar” barədə çıxış edənlər yaşıl enerjinin inkişaf etdirilməsi, iqtisadiyyatın və enerji sistemlərinin dekarbonizasiyası problemlərindən danışaraq bu istiqamətdə mümkün əməkdaşlıq çərçivələri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bununla da komitənin iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU