Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmağının 98-ci ildönümü qeyd olunub
Mayın 10-da Milli Məclisdə Umummilli lider Heydər Əliyevin doğum gününün 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Milli Məclisin Sədri Sahibə Qafarova, Sədrin birinci müavini Əli Hüseynli, Sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər. Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi