Asiya Parlament Assambleyasının komitə iclasında

Tədbirlər
20 may 2021 | 17:20   
Paylaşın:        

Mayın 20-də Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.

Sonra iclasda Asiya enerji bazarının yaradılması, İqtisadi  yüksəlişin təmin edilməsi, Yoxsulluğun aradan qaldırılması, Davamlı inkişaf sahəsində məqsədlərə çatmaq üçün APA-ya üzv parlamentlərin rolu, Asiya Cəmiyyətinin Maliyyə Təşəbbüsü və digər mövzularda bir sıra qətnamə layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

“Asiyada hamı üçün su və sanitariya” adlı qətnamə layihəsinin müzakirəsində Türkiyə tərəfi məsələyə gələn iclasda baxılmasını təklif edib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin də dəstəklədiyi bu təklif qəbul olunub.

Daha sonra tədbirdə Yaşıl maliyyələşmə, Asiya enerji bazarının inteqrasiyası, Su böhranı üzrə işçi qruplarının hesabatları dinlənilib.

İclasda müzakirə olunan məsələlərlə bağlı parlamentarilər çıxış edərək öz rəylərini səsləndiriblər, təkliflərini irəli sürüblər, qurumun fəaliyyətinin effektivliyinin artırılması, region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlərlə bağlı fikirlərini bildiriblər.

Bununla da Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU