Neva Beynəlxalq Ekoloji Konqresində

Tədbirlər
25 may 2021 | 17:28   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq  Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək  Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Ekoloji Konqresin “Planetin ekologiyası - davamlı inkişaf” mövzusunda keçiriləcək plenar iclasının açılış mərasimində  Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, Neva Beynəlxalq  Ekoloji Konqresinin Təşkilat Komitəsinin həmsədri Valentina Matviyenkonun, Baş nazirin müavini, qurumun həmsədri Viktoriya Abramçenkonun, Milli Məclis Sədrinin müavini Adil Əliyevin, MDB üzv dövlətlərinin milli parlamentlərinin nümayəndələrinin, federal və regional dövlət orqanlarının rəhbərlərinin çıxışları nəzərdə tutulub.

Ekoloji Konqres çərçivəsində yeni iqlim siyasəti, meşə resurslarının idarə olunması, yaşıl enerji, qapalı dövrə iqtisadiyyatı, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, Arktikanın ekoloji problemləri, ekoloji təhsil və turizm məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.

"Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində milli strategiyalar və layihələr: təcrübə mübadiləsi" mövzusunda keçiriləcək dəyirmi masada deputat  İltizam Yusifovun  çıxışı nəzərdə tutulub.

Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU