Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.
Millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.
Səfər iyulun 5-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi