Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub

Sədrin səfərləri
28 iyun 2021 | 21:58   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.

İyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU