ATƏT PA-nın illik sessiyasında

Tədbirlər
01 iyul 2021 | 17:31   
Paylaşın:        

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da öz işinə başlayıb. Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Qarışıq formatda keçiriləcək tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.

Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün büdcəsi və fəaliyyət planı təsdiq ediləcək. Tədbirdə qurumun prezidenti, vitse-prezidentləri, ümumi komitələrin rəsmiləri seçiləcək.

Sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik;  İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit;  Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin onlayn iclasları keçiriləcək.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Sessiya iyulun 7-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU