Deputatımız Bolqarıstanda parlament seçkilərini izləyəcək
![](https://meclis.gov.az/photos/bolqaristan_1625645712.jpg)
Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.
Millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.
Səfər iyulun 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi