Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçiriləcək

Tədbirlər
26 iyul 2021 | 19:45   
Paylaşın:        

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçtərəfli Görüşü keçiriləcək. Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

Bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və  Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU