Milli Məclisin sədri Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik edib

XƏBƏRLƏR
15 avqust 2021 | 10:18   
Paylaşın:        

Avqustun 14-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası

Milli Assambleyasının sədri Əsəd Qeysərə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə təbrik məktubları ünvanlayıb.

Milli Məclisin sədri dost və qardaş Pakistan xalqını bu ölkənin milli bayramı - Pakistanın Müstəqillik Günü münasibətilə şəxsən öz adından və Milli Məclisin bütün üzvləri adından təbrik edib.

Məktublarda deyilir ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsinə əsaslanır və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərimiz yüksək səviyyədədir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin ali qanunvericilik orqanları arasındakı qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini ifadə edib, dost və qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU