Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb

Sədrin görüşləri
18 avqust 2021 | 19:15   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib. Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.

Görüşlərdə Milli Məclisin sədri Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. Spiker Milli Məclisin beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək üçün qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən birgə təşəbbüslərin reallaşdırılmasına dəstək verilməsini, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə xüsusi diqqət ayrılmasını, beynəlxalq parlament təşkilatları ilə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşlərdə Azərbaycanın möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərdən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq təşkilatlara, dövlət qurumlarına və həmin ölkələırin ictimaiyyət nümayəndələrinə çatdırılmasının vacibliyindən də söhbət açılıb. Həmçinin Azərbaycan Milli Məclisi ilə səfirlərin çalışdıqları xarici ölkələrin qanunverici orqanları arasındakı əməkdaşlığın mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU