Koreya Milli Assambleyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda və Şəhidlər xiyabanında olub
Avqustun 19-da ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
***
Sonra Şəhidlər xiyabanına gələn Koreya Milli Assambleyasının nümayəndə heyəti Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərin məzarları üstünə gül dəstələri düzülüb, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə gedən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi