Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda

Tədbirlər
03 sentyabr 2021 | 14:38   
Paylaşın:        

Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.

Macarıstan Milli Assambleyasının təşkil etdiyi tədbirə Amerika, Avropa, Asiya, Afrika qitələrindəki bir sıra dövlətlərin nümayəndələri qatılacaqlar. Deputatımız forumda “Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə” mövzusunda məruzə ilə çıxış edəcək.

         Səfər sentyabrın 8-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU