Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək

Sədrin səfərləri
04 sentyabr 2021 | 15:21   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.

Parlamentlərarası İttifaqın, Avstriya parlamentinin təşkilatçılığı və BMT ilə əməkdaşlıq əsasında baş tutacaq konfransdan əvvəl Qadın Parlament Sədrlərinin 13-cü Görüşü keçiriləcək. Görüşdə müzakirə olunacaq məsələlərlə bağlı Milli Məclisin sədri çıxış edəcək.

Parlament Sədrlərinin V Ümumdünya Konfransında spikerlər pandemiya ilə mübarizə, post-COVİD dövründə gözləntilər, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinformasiyanın qarşısının alınması, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi mövzularında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən  nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 9-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU