Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir

Sədrin səfərləri
12 oktyabr 2021 | 21:20   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də  Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.

Sankt-Peterburqun “Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov,  Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri Yevgeni Qriqoryev , Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarsılayıblar.

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək Forumda Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Forumda nümayəndə heyətinin üzvləri tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.

Səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də gözlənilir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 14-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU