Şəhidlərin xatirəsi əziz tutulur

Tədbirlər
19 oktyabr 2021 | 15:07   
Paylaşın:        

Milli Məclisin deputatı Anar Məmmədov oktyabrın 18-də Goranboyun Xoylu kəndində Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nemət Məmmədovun anım mərasimində iştirak edib.

Mərasimdə şəhidin keçdiyi döyüş yolundan, Vətən torpağının azadlığı uğrunda göstərdiyi şücaətdən, müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən danışılıb.

Tədbirdə deputat Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə də maraqlanıb, Nemət Məmmədov kimi oğul böyütdüklərinə görə minnətdarlıq bildirib, öz ürək sözlərini söyləyib.

***

Milli Məclisin deputatı Anar Məmmədov oktyabrın 18-də Naftalan şəhərində Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Fərid Adıgözəlovun il mərasimində iştirak edib.

Mərasimdə şəhidin ordu sıralarındakı xidmətlərindən, Vətən müharibəsindəki hünərindən bəhs olunub. Haqq işi uğrunda mübarizəyə qalxmış  Azərbaycan xalqının məhz igid oğulları sayəsində öz torpaqlarını 30 illik işğaldan azad etməyə, düşmən üzərində Zəfər çalmağa nail olduğu  qeyd edilib.

Tədbirdə deputat Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə  maraqlanıb, şəhidlik mərtəbəsinə ucalmış Fərid Adıgözəlov kimi oğulların daim Azərbaycan xalqının qəlbində yaşayacağını  vurğulayıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU