Yasamal rayonunda Vətən müharibəsi şəhidi Feyruz Hacılı yad edilib

Tədbirlər
19 oktyabr 2021 | 15:14   
Paylaşın:        

Oktyabrın 18-də Bakının Yasamal rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Feyruz Hacılının xatirəsi yad edilib.

Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev, Erkin Qədirli, Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhid əsgərin Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb.

Bildirilib ki, Feyruz Hacılı  Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə  “Vətən uğrunda”, "Cəbrayılın azad olunması uğrunda" və "Füzulinin azad olunması uğrunda"  medalları ilə təltif edilib.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU