Şəhid Məmmədov Dostəli Seymur oğlunun Suraxanı rayonunda anım günü keçirilib

Tədbirlər
19 oktyabr 2021 | 15:20   
Paylaşın:        

Oktyabrın 18-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Məmmədov Dostəli Seymur oğlunun Suraxanı rayonunda anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhid Dostəli Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, şəhid Dostəli Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU