Məmmədov Azad Tahir oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edilib

Tədbirlər
19 oktyabr 2021 | 15:44   
Paylaşın:        

Bakı şəhərinin Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Azad Tahir oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə anım mərasimi olub.

Anım mərasimində Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rayonun icra başçısı Asif Əsgərov, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid Azad Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onunla bağlı xatirələrini danışıblar, keçdiyi döyüş yolu barədə məlumat veriblər.  

Mərasimdə iştirak edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU