Şəhid Vəliyev Elyar Arif oğlunun xatirəsi anılıb

Tədbirlər
19 oktyabr 2021 | 15:46   
Paylaşın:        

 Qobustan rayonunda Vətən müharibəsi qəhrəmanı, şəhid Vəliyev Elyar Arif oğlunun xatirəsi anılıb.

Tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayonun idarə və müəssisələrinin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri şəhidin həyatından və döyüş yolundan, onunla bağlı xatirələrindən danışıblar, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Vətən müharibəsi şəhidlərinin irsinin öyrənilməsinin vacib rolunu qeyd ediblər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.

Məlumat verilib ki, Azərbaycan Ordusunun giziri olmuş Elyar Vəliyev Vətən müharibəsi zamanı Fizulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il  oktyabrın 19-da qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vəliyev Elyar Arif oğlu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU