Deputat Jalə Əhmədova şəhid ailələrini ziyarət edib

Tədbirlər
19 oktyabr 2021 | 18:07   
Paylaşın:        
Milli Məclisin deputatı Jalə Əhmədova “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində Bakının Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib. 
Deputat Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimiz Qərib Baxşəliyev, Azad Bəkirli, Əhmədağa İsgəndərov və Samir Sarıyevin ailələri ilə görüşüb, onların həyat və döyüş yolu ilə tanış olub. Jalə Əhmədova Vətən üçün layiqli övladlar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə ehtiramını bildirib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
 
******
 
Oktyabrın 19-da deputat Jalə Əhmədova Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cəbrayılov Sübhan Rahim  oğlunun  Salyan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində iştirak edib.  
Tədbirdə bildirilib ki, Salyan rayonunun yetirməsi olan Cəbrayılov Sübhan Rəhim  oğlu Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olub. O, hərbi xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, həmçinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalları  ilə təltif olunub. Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə - Füzuli, Zəngilan, Xocavənd, Hadrutun erməni işğalından azad olunmasında  böyük şücaət göstərən Sübhan Cəbrayılov 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən, Sübhan Rahim oğlu Cəbrayılov ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” medalı,  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Oktyabrın 19-da Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun doğulduğu Salyan rayonunun Marışlı kəndində  şəhidin Xatirə Kompleksinin açılışı olub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU