Sabirabadda şəhid Toğrul Məmmədzadənin xatirəsi yad edilib

Tədbirlər
20 oktyabr 2021 | 15:18   
Paylaşın:        

Sabirabad rayonunda  Vətən müharibəsi şəhidi Toğrul Pərviz oğlu Məmmədzadənin il mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Ramin Məmmədov, Sabirabad rayonunun rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar şəhidin əziz xatirəsini yad ediblər, ruhuna dualar oxuyublar, ailəsinin dərdinə şərik olublar.

Azərbaycan Ordusunun əsgəri olmuş Toğrul Məmmədzadə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Toğrul Məmmədzadə oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Toğrul Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU