Qusarda şəhid Elvin Qurbanovun xatirəsi yad edilib
Oktyabrın 19-da Qusar rayonunda 44 günlük Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə fədakarlıqla döyüşərək şəhid olmuş Elvin Elmar oğlu Qurbanovun anım tədbiri keçirilib.
Şəhidin ildönümü mərasiminə Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin doğmaları və rayon ictimaiyyəti qatılıb.
Tədbir iştirakçıları şəhid Elvin Elmar oğlu Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsini ziyarət edərək qayğı və problemləri ilə maraqlanıblar. Elvin Qurbanovun ailə üzvləri şəhid ailələrinə göstərilən ehtirama və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Elvin Elmar oğlu Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi