Şəhid mayor Ramid Hacıyevin xatirəsi anılıb

Tədbirlər
20 oktyabr 2021 | 18:03   
Paylaşın:        

Bakı şəhərində Cəbrayıl rayon Mirək kəndinin yetirməsi, şəhid mayor Ramid Nəriman oğlu Hacıyevin anım mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və hərbçi yoldaşları iştirak ediblər.  

Mərasim çərçivəsində şəhid Ramid Hacıyevin İkinci Fəxri xiyabandakı qəbri ziyarət olunub, məzarı  üstünə gül-çiçək dəstələri düzülüb. Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin şərəfli döyüş yolu barədə söhbət açıblar, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlığa görə mayor Ramid Hacıyev ölümündən sonra "Qarabağ" ordeni və “Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU