Gəncədə şəhidlərin xatirəsi anılıb

Tədbirlər
21 oktyabr 2021 | 11:47   
Paylaşın:        

Gəncə şəhərində Vətən müharibəsi şəhidləri Sahib Azər oğlu Həsənovun və Taleh Məhərrəm oğlu Abdullayevin anım günləri keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Musa Quliyev, Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim çərçivəsində Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, önünə əklillər və gül-çiçək dəstələri düzülüb. Canlarını Vətən torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında xüsusi xidmətlərinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı göstərdikləri rəşadətə, vəzifə borcunu şərəflə və ləyaqətlə yerinə yetirdiklərinə görə Sahib Həsənov ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” "Hərbi xidmətlərə görə" medalı ilə, Taleh Abdullayev isə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Qubadlının azad olunması uğrunda" və "Hərbi xidmətə görə" medallari ilə təltif ediliblər.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU