Culfada şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
21 oktyabr 2021 | 12:19   
Paylaşın:        

Naxçıvanın Culfa rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini anma mərasimləri keçirilib. Culfa şəhərində şəhid Kənan Vaqif oğlu Quliyevin, rayonun Qızılca kəndində şəhid Kənan Əbdürrəhman oğlu Rzayevin, Əbrəqunus kəndində şəhid Miryasin Mirqafar oğlu Seyidovun, Xanəgah kəndində şəhid Coşqun Oruc oğlu Orucovun əziz xatirələri yad edilib.

Anım mərasimlərində Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, şəhidlərin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlər çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, qəbirləri üstünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən oğullarımız dərin ehtiramla yad olunub, onların şərəfli döyüş yollarından danışılıb, xatirələr dilə gətirilib.

Şəhid yaxınları ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, dörd şəhidimizin hər biri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdikləri şücaətə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları da daxil olmaqla, müxtəlif orden və medallarla təltif olunublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU