Qubada şəhidlərin xatirəsi yad edilib
Quba şəhərində Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı və şəhid ailələrinin üzvləri, qazilərin iştirakı ilə ehsan mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatı Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidlərin əziz xatirəsinin yad olunduğu mərasimdə Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək şəhidlərə Allahdan rəhmət diləyib, qazilərin tezliklə sağalmasını arzulayıb. Deputat Quba sakinlərinin 44 günlük Vətən müharibəsində iştirakından, adlarını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan qəhrəmanlarımızın igidliyindən və şücaətindən danışıb, bütün respublikada olduğu kimi, Qubada da şəhid ailələri və qazilərlə bağlı görülən işlərdən bəhs edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi