Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyası Federal Assambleyası Milli Şurasının sədri ilə görüşüb

Sədrin səfərləri
21 oktyabr 2021 | 20:34   
Paylaşın:        

Oktyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyası Federal Assambleyası Milli Şurasının sədri Andreas Aebi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə mövcud olan yüksək səviyyəli əməkdaşlığın iqtisadi sahədə əlaqələrin inkişafına da müsbət töhfə verdiyi qeyd olunub.

Söhbətdə Azərbaycanla İsveçrə Konfederasiyası  arasında əlaqələrin inkişafında qanunverici orqanların rolu vurğulanıb, o cümlədən dostluq qrupların müsbət fəaliyyəti qeyd olunub. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər və fikir mübadiləsi əhəmiyyətlidir.

Görüşdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU