Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək.
Tədbirdə Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.
Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi