Vətən müharibəsində tarix yazan Azərbaycan şəhidləri yad olunur

Tədbirlər
23 oktyabr 2021 | 13:52   
Paylaşın:        

Milli Məclisin deputatı Elnur Allahverdiyev Yasamal rayonundan olan şəhidlər Elşən Habil oğlu Müslümovun, İsa Məhərrəm oğlu Məhərrəmovun, Elyar Arif oğlu Vəliyevin, Elvin Sabir oğlu Salahovun ildönümü mərasimlərində iştirak edib. 

Vətən müharibəsində tarix yazan bütün oğullarlmlz kimi bu şəhidlərimiz də  ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda aparılan əks-hücum əməliyyatında qəhrəmanlıqla döyüşərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasında fərqləniblər, Vətən və xalq qarşısında övladlıq və vəzifə borclarını şərəflə yerinə yetiriblər.

  •  Elşən Müslümov Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif olunub.
  •  İsa Məhərrəmov torpaqlarımızın düşmən işğalından azad olunması yolunda var qüvvəsi ilə vuruşub. Füzulidə şəhadətə qovuşub, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.
  •  Xüsusi təyinatlı gizir Elyar Vəliyev son nəfəsinədək mərdliklə, şücaətlə mübarizə aparıb, düşmənə ağır zərbələr vurub. Bu igidimiz Qırmızı bazar qəsəbəsi yaxınlığında qəhrəmancasına şəhid olub. Xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra Elyar Arif oğlu Vəliyev “Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
  •  Elvin Salahov da Vətən müharibəsində adını tarixə yazıb. İkinci Qarabağ müharibəsi başlanan andan xüsusi təyinatlı kimi ön cəbhədə cəsarətlə, əzmlə döyüşüb, Şuşanın azad olunmasına bir gün qalmış Xocavənd ərazisində igidliklə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Deputat Elnur Allahverdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları ilə birlikdə şəhidlərin məzarlarını ziyarət ediib, xatirələrinə ehtiram bildirib, ailələrinə baş çəkərək qayğılarıyla maraqlanıb. Diqqətə çatdırıb ki, Vətən müharibəsində tarix yazan Azərbaycan şəhidlərinin övladları, ailələri hər zaman dövlətimizin və xalqımızın diqqəti, qayğısı, ehtiramı ilə əhatə olunacaqlar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU