Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

Sədrin səfərləri
23 oktyabr 2021 | 14:20   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Monteneqro parlamentinin sədri Aleksa Becic ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafı haqqında müzakirələr aparılıb. Yüksək səviyyəli səfərlərin siyasi münasibətlərimizin inkişafında xüsusi rol oynadığı vurğulanıb.

Söhbətdə Azərbaycanla Monteneqro  arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışılıb, bu sahədə dostluq qruplarının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi, humanitar, mədəni, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU