Vətən müharibəsi şəhidlərinin tək bacısı şəhid Arəstə Baxışovanın anım mərasimi keçirilib
Binəqədi rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin tək bacısı şəhid Arəstə Baxışovanın anım mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları Kəmaləddin Qafarov, Afət Həsənova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə deputatlar Kəmaləddin Qafarov və Afət Həsənova şəhidin məzarı başında çıxış ediblər.
Çıxışlarında deputatlar bildiriblər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş Arəstə Baxışova daim qəlblərimizdə yaşayacaq və heç vaxt unudulmayacaq.
Tədbirin sonunda şəhidin anası Məktubə Baxışova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürünü bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi