Gədəbəydə və Tovuzda şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
23 oktyabr 2021 | 16:00   
Paylaşın:        

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Gədəbəy rayonunun sakinləri – şəhid Elmar İlham oğlu Cəfərovun və şəhid Firdovsi Afiq oğlu Paşayevin il mərasimləri keçirilib.

Gədəbəy rayonunun Novoivanovka kəndindən olan şəhid Elmar İlham oğlu Cəfərovun və Poladlı kəndindən olan Firdovsi Afiq oğlu Paşayevin il mərasimlərində Milli Məclisin deputatı Arzu Nağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Arzu Nağıyev şəhidlərimizin valideynlərinə və yaxınlarına başsağlığı verib, onların dərdlərinə şərik olub və qayğıları ilə maraqlanıb.

 

****

 

44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Tovuz rayonunun Cirdək kəndindən olan Tural İsmayıl oğlu Sarıyevin il mərasimi keçirilib.

 Tədbirdə Milli Məclisin deputatı Arzu Nağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidimizin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Arzu Nağıyev şəhidimizin ailəsi ilə görüşüb, onların dərdlərinə şərik olub və qayğıları ilə maraqlanıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU