Naxçıvanda şəhid Məmmədov Əli Abbas oğlunun anım tədbiri keçirilib

Tədbirlər
25 oktyabr 2021 | 09:33   
Paylaşın:        

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsi şəhidi Məmmədov Əli Abbas oğlunun anım tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində keçirilən şəhidin il mərasimində çıxış edən Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Şanlı Ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi və tarixi qələbəmiz barədə danışıb. Bildirib ki, bu tarixi qələbəyə Əli Məmmədov və onun döyüş yoldaşları kimi qəhrəman oğullarımızın qanı və canı bahasına nail olduq. Ermənistan aparılan bütün danışıqlara və göstərilən səylərə baxmayaraq, 30 il  ərazilərimizi işğal altında saxladı, işğalçılıq siyasətindən əl çəkmədi. Nəhayət, qəhrəman oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz bərpa olundu, ədalət öz yerini tapdı.

Adil Əliyev hər bir şəhidimizin xatirəsinin bizim üçün əziz olduğunu, onların müqəddəs ruhları qarşısında baş əydiyimizi tədbir iştirakşılarının diqqətinə çatdırıb. Bildirib ki, şəhidlərimizin ailələri və qazilərimiz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU