İmişli rayonunda şəhidlərin anım mərasimləri keçirilib

Tədbirlər
25 oktyabr 2021 | 10:49   
Paylaşın:        

İmişli rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib. Anım mərasimlərində Milli Məclisin deputatı Razi Nurullayev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayonun Qaraqaşlı kəndində keçirilən şəhid Şahəli Əflatun oğlu Şıxıyevin anım günündə onun İmişli rayonunun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, ruhuna dualar edilib, şəhidlərimizin unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhid Şahəli Əflatun oğlu Şıxıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak etdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

*****

Rayonun Telişli kəndində şəhid Anar Tahir oğlu Cavadzadənin anım günü keçirilib.

Mərasim iştirakçıları şəhid Anar Cavadzadənin İmişli rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar, xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Anar Cavadzadə ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

****

Rayonun Sarıxanlı kəndində isə şəhid Vüsal Mərdan oğlu Şahmarlının anım günü keçirilib. Anım mərasimində şəhid Vüsal Şahmarlının İmişli rayonunun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi anılıb.

Prezidentin müvafiq sərəncamları ilə şəhid Şahmarlı Vüsal Mərdan oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU