Saatlıda şəhid Ariz Məhərrəmovun anım mərasimi keçirilib

Tədbirlər
25 oktyabr 2021 | 10:59   
Paylaşın:        

Saatlı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş gizir Ariz Fərzulla oğlu Məhərrəmovun il mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Əziz Ələkbərov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ariz Məhərrəmov Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı oktyabrın 20-də şəhid olub və Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid Ariz Məhərrəmovun anım mərasimində onun Qara Nuru kəndindəki məzarı ziyarət olunub və əziz xatirəsi hörmətlə yad edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU