Qax rayonunda şəhidlərin anım günü keçirilib

Tədbirlər
25 oktyabr 2021 | 11:03   
Paylaşın:        

Qax rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız – Təbriz Tofiq oğlu Əliyevin və Seymur Hacırəsul oğlu Məmmədlinin əziz xatirələri yad edilib.

Anım mərasimlərində Milli Məclisin deputatı Azər Kərimli, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları tərəfindən şəhid Təbriz Əliyevin Qax şəhərində, şəhid Seymur Məmmədlinin rayonunun Ağçay kəndində məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhid Əliyev Təbriz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlığa, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Seymur Məmmədli isə ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidliklərə və qəhrəmanlıqlara, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU