Xaçmaz rayonunda şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
25 oktyabr 2021 | 14:49   
Paylaşın:        

Xaçmaz rayonunun Xudat şəhərində 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Şıxmuradov Kamil Şıxməmməd oğlunun xatirəsi yad edilib.

Tədbirdə Milli Məclisin deputatı Sevil Mikayılova, İcra nümayəndəsi Rəşad Hacıbalayev, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin Xudat şəhərindəki məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Kamil Şıxmuradov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarınada iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunması uğrunda” medalları ilə təltif olunub.

 

********

 

Xaçmaz rayonunun Xudat şəhərində digər Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Ordusunun baş giziri 44 yaşlı şəhid Hüseynli İlqar Şəmiyyət oğlunun xatirəsi  yad edilib.

Milli Məclisin deputatı Sevil Mikayılova şəhidin ailəsi və yaxınları ilə görüşüb. İlqar Hüseynlinin məzarı  ziyarət edilib, ruhuna dualar oxunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində döyüşən İlqar Hüseynli oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölumundən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

*******

 

Xaçmaz rayonunun Qusarçay kəndində  Vətən müharibəsi qəhrəmanı, şəhid Əsgərov Xəqani Səfa oğlunun xatirəsi yad edilib.

Mərasimdə Milli Məclisin deputatı Sevil Mikayılova, şəhidin ailəsi və yaxınları iştirak ediblər.

Tədbirdə şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olmuş Xəqani Əsgərov Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhid Əsgərov Xəqani Səfa oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların  icrası zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə iştirak edən şəhidin yaxınları ölkə rəhbərliyinə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

      

*******      

 Xaçmaz rayonunun Xudat şəhərində şəhid Nurməmmədzadə İbrahim Əvəz oğlu da yad edilib.

Şəhidin evində təşkil olunmuş anım tədbirində Milli Məclisin deputatı Sevil Mikayılova, şəhidin ailə üzvləri və qohumları iştirak ediblər.

 Görüşdə şəhidimizin həyat yolundan və hərbi xidmətdəki qəhrəmanlıqlarından danışılıb. Bildirilib ki, Nurməmmədzadə İbrahim 2015-ci ilin dekabr ayında əsgər kimi xidməti borcunu yerinə yetirən zaman atəşkəsin pozulması nəticəsində şəhid olub.

 Nurməmmədzadə ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

   

********

 

Xaçmaz rayonunun  Aşağı Ləgər kəndində Vətən müharibəsi şəhidi Elçin Eldar oğlu Arazovun xatirəsi yad edilib.

Mərasimdə Milli Məclisin deputatı Sevil Mikayılova, İcra nümayəndəsi Rəşad Hacıbalayev,  şəhidin ailəsi və yaxınları iştirak ediblər.

Tədbirdə şəhid hərbi qulluqçunun  44 günlük Vətən müharibəsində keçdiyi cəsur döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, onun və bütün şəhidlərimizin xatirəsinə  ehtiram ifadə olunub.

Şəhid Elçin Arazov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”medalı ilə təltif olunub.

    Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU