Göyçayda şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
25 oktyabr 2021 | 16:04   
Paylaşın:        

Göyçay rayonu Qarayazı kəndində  44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – İlham Umud oğlu Hüseynovun anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Sabir Hacıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhid İlham Hüseynovun məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, əsgər İlham Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

******

Göyçay rayonun Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanımız Elnur Ərəstun oğlu Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhid Elnur Əliyevin məzarı ziyarət olunaraq ruhuna dualar edilib, xatirəsi dərin ehtiramla anılıb.

Qeyd edək ki, kiçik çavuş Elnur Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU