Biləsuvar şəhidləri Məhəmməd İltizam oğlu Əmənovun və Nahid Üzeyir oğlu Teymurzadənin ildönümləri qeyd olunub

Tədbirlər
25 oktyabr 2021 | 17:58   
Paylaşın:        
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov xalqımıza Zəfəri qazandıran oğullardan gizir Məhəmməd İltizam oğlu Əmənovun ildönümündə Biləsuvarda şəhidin ailəsini ziyarət edib, başsağlığı diləklərini çatdırıb, ailənin qayğıları ilə maraqlanıb.
 
 Söhbət zamanı bildirilib ki, 30 ildən bəri erməni işğalında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum əməliyyatı zamanı Məhəmməd Əmənov xüsusi qəhrəmanlıq göstərərək düşməni məhv edib, Suqovuşanın azadlığı uğrunda döyüşüb və Ağdərə istiqamətində ağır döyüşlərdə qəhrəmancasına  şəhid olub.
 
Azərbaycan Prezidentinin Sərəncamları ilə şəhid gizir Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə və "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
 
***
 
Adını Azərbaycan xalqının Zəfər tarixinə yazan igidlərdən biri də Biləsuvardan pərvazlanıb Vətən torpaqlarının müdafiəsinə qalxan şəhid Nahid Üzeyir oğlu Teymurzadədir. Şəhadətə qovuşduğu günün ildöümündə deputat Bəhruz Məhərrəmov Nahid Teymurzadənin ailəsini ziyarət edib, doğmalarının qayğılarıyla maraqlanıb.  
 
Söhbət zamanı qeyd edilib ki, Nahid Teymurzadə müharibənin ilk günündən  könüllü olaraq cəbhəyə yollanıb. Mənfur düşmənin torpaqlarımızdan qovulub çıxarılması üçün var gücü ilə savaşıb. Füzuli uğrunda döyüşlərdə şəxsi igidliyi və cəsurluğu ilə fərqlənib. Cəbrayıl və Kəlbəcər istiqamətində döyüşlərdə şücaət göstərib, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
 
Nahid Teymurzadənin hərbi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU