Cəlilabad rayonunda şəhid Maarif Səfərovun anım günü keçirilib
Oktyabrın 21-də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Maarıf Mikayıl oğlu Səfərovun Cəlilabad rayonunda anım günü keçirilib.
Anım mərasimində Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhidin doğmaları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid Maarif Səfərovun ev muzeyi ziyarət olunaraq ruhuna dualar oxunub, onun və şəhid olmuş digər igid vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, şəhid Maarif Səfərov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi