Masallı rayonunda şəhid Ağamalı Ağayevin anım günü keçirilib

Tədbirlər
26 oktyabr 2021 | 16:26   
Paylaşın:        

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Ağamalı Şamil oğlu Ağayevin Masallı rayonu Çaxırlı kəndində anım günü keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı  Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhidin doğmaları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Masallı rayonunun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin adı verilmiş küçədə onun xatirəsinə tikilmiş bulağın açılış mərasimi keçirilib. Sonra tədbir şəhidin evində davam etdirilib. Onun ruhuna dualar oxunub, Məşhur Məmmədovun təşəbbüsü ilə hazırlanan “Şəhidlik manifesti” kitabı şəhidin atası Şamil kişiyə hədiyyə edilib.

Qeyd edək ki, şəhid Ağamalı Ağayev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin atası öz çıxışında göstərilən diqqətə  görə təşəkkürünü bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU