Bakının Nəsimi rayonunda şəhidlərin xatirəsi anılıb

Tədbirlər
26 oktyabr 2021 | 18:08   
Paylaşın:        

Oktyabrın 26-da Milli Məclis sədrinin müavini Adil Əliyev Bakının Nəsimi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun, Vətən müharibəsi şəhidləri Teymur Həsənovun və Aqşin Novruzovun anım tədbirlərində iştirak edib.

Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri ilə birlikdə ərazi bütövlüyümüz uğrunda son damla qanına qədər döyüşmüş və qəhrəmancasına şəhid olmuş igidlərimiz yad edilib, onlara Allahdan rəhmət dilənib.

Vitse-spiker Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun və döyüş yoldaşlarının qəhrəmanlığının gənclərimizə örnək olduğunu qeyd edərək Vətən müharibəsində Teymur Həsənov və Aqşin Novruzov kimi igidlərimizin də öz cəbhə yoldaşları ilə bərabər Vətən uğrunda ən şirin nemət olan canlarından keçdiklərini diqqətə çatdırıb.

Vurğulayıb ki, məhz qəhrəmanlarımızın şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədə və diplomatik müstəvidə göstərdiyi qətiyyətli mövqe hesabına tarixi Azərbaycan torpaqları bu gün işğaldan azad olunaraq əsl sahiblərinə qaytarılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU