Şəhid leytenant Natiq Saleh oğlu Baxşəliyevin Yasamal rayonunda anım günü keçirilib
44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – leytenant Natiq Saleh oğlu Baxşəliyevin Yasamal rayonunda anım günü keçirilib.
Anım mərasimində Milli Məclisin deputatı Erkin Qədirli, Ülvi Quliyev, Səbinə Xasayeva Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid Natiq Baxşəliyevin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, şəhid Natiq Baxşəliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi