Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Şirəli İlham oğlu Adilovun anım günü qeyd edilib

Tədbirlər
29 oktyabr 2021 | 14:55   
Paylaşın:        

Bakı şəhərinin Nərimanov rayonunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirəli İlham oğlu Adilovun anım günü qeyd olunub.

Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, deputat Rasim Musabəyov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birgə onun məzarını ziyarət ediblər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Şirəli Adilovun adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə şəhid Adilov Şirəli İlham oğlu Vətən müharibəsi zamanı göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU