Naxçıvan şəhərində şəhidlərin anım günü keçirilib

Tədbirlər
01 noyabr 2021 | 09:00   
Paylaşın:        

Naxçıvan şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam etmiş Vətən müharibəsi şəhidlərinin anım günü keçirilib.

Mərasimdə qəhrəman oğullarımız – kapitan Aşur Bəybala oğlu Cəmiyevin, mayor Sadiq Əli oğlu Həsənovun, baş leytenant Raqib Adil oğlu Hüseynovun, baş leytenant İsmayıl Mehman oğlu Vəliyevin, baş leytenant Elnur Elsevər oğlu Zeynalovun, baş leytenant Fuad Nazim oğlu Əlizadənin, leytenant Vəli Vəli oğlu Quliyevin, İbrahim Etibar oğlu İbrahimovun və Xansu Elsevər oğlu Qurbanovun  xatirələri ehtiramla yad edilib.

Anım günündə Milli Məclisin deputatı Eldar İbrahimov, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, şəhidlərin doğmaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Naxçıvan şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunaraq qəbirləri üstünə əklil, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa olunması zamanı gedən döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU